We use cookies to ensure you get the best experience on our website
Pıçıldaşırlar, gülüşürlər, ağlaşırlar. Səsləri get-gedə ərşə qalxır.
Laura Şrader əldən-ayaqdan uzaq bir aşırımda qəzaya uğramış avtomobildən xilas edilir. Maşının baqajında kəllə sümüyü parçalanmış bir cəsəd tapılır. Bir qız uşağının cəsədi... Üstəlik qəzanın baş verdiyi əraziyə yaxın bir kəndin bütün sakinləri yoxa çıxıb. Bu necə ola bilər? Onlar haradadırlar? Uşağı kim və nəyə görə öldürüb?
Bir-biri ilə bağlı olduğu güman edilən bu hadisələri araşdıran psixoloq Robert Vinter və polis olduqca qəliz, mürəkkəb bir tapmaca ilə üz-üzə qalır. Bu elə bir tapmacadır ki, açması yoxdur. Yaşadığı travmanı aşa bilməyən Laura Şraderin kənddə baş verənlərlə bağlı söylədikləri hər kəsi çaşdırır. Bunlar əsl cəfəngiyyat kimi səslənir... Bəs bu, həqiqətən, belədirmi?
Laura başına gələnləri Robert Vinterə danışdıqca, kənddə axtarış aparan polis isə müxtəlif dəlilləri tapıb topladıqca bu kabusdan ayılmaq daha da çətinləşir. Dünya, gələcək, uşaqlar, böyüklər, xaos, cinayət, dəhşətli bir girdab...
Bəlkə, bu kəlmələr məzkur tapmacanın cavabını tapmağımıza kömək edə bilər...