NOVEL / Azerbaijani

21 - KÖLGƏ YOLDAŞ

Nikkanın 16 yaşı var. Bar və kafe əyləncələri qətiyyən onluq deyil. Bununla belə, onun başına bütün valideynlərin qorxduğu şey gəlir: kimsə onun i.kisinə zəhər qatır. Nikka xəstəxanada .zünə gələndə baş verənləri xatırlamaqda çətinlik .əkir. Məgər o, bayaq rəfiqəsi Zoya ilə şənlikdə deyildimi? Nikka öldüyünü öyrənir – düz 21 dəqiqə. Dəhşətli deyilmi? 21 dəqiqə ərzində Nikkanın ürəyi döyünmür... O, tunelin sonundakı işığı görür. Nikkanın rəfiqəsinin müəmmalı şəkildə yoxa çıxması onun həyatını tamamilə dəyişir. Rəfiqəsi Zoyanı axtararkən özündə fövqəladə bacarıqlar kəşf edir. O, kölgələr, qarabasmalar, kabuslar görür... Nikka ona və rəfiqəsinə kimin pislik etdiyini öyrənməyə, bu məşum sirrin üstünü açmağa çalışır...

Vulf Dorn əsərin epiloqunda romanı yazmaq üçün ilhamını haradan aldığını izah edib. Müəllif Nikkanın başına gələnlərə oxşar şeylər yaşamış insanların düşüncələrini və təcrübələrini bir araya gətirib. Yazıçının bu sahədə çox ətraflı və dərin araşdırmaları olduqca diqqətəşayandır. Bu, tibb işçilərinin işindən başlayaraq nevroloji müalicə prosesinin xırdalıqlarına qədər gedib çıxır. Əminliklə deyə bilərik ki, Vulf Dorn öz işinin öhdəsindən yenə də layiqincə gəlib...


YAY Kitab (2023) | ISBN: 978-9952563245